Birxeber.az / Lizing şirkəti nizamnamə kapitalını artıracaq

Lizing şirkəti nizamnamə kapitalını artıracaq

14-02-2024, 10:50

18 mart 2024-cu il, saat 12:00-da lizinq xidmətləri göstərən "Legion Financial" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

APA-Economics” xəbər verir ki, ümumi yığıncaqda nizamnamə kapitalının artırılması məqsədilə səhmlərin əlavə buraxılışı məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, ümumi yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 25A ünvanında keçiriləcək.

Geri qayıt