Birxeber.az / FIFA klubların qış "transfer pəncərəsi"ndə nə qədər pul xərclədiklərini açıqlayıb

FIFA klubların qış "transfer pəncərəsi"ndə nə qədər pul xərclədiklərini açıqlayıb

14-02-2024, 09:40

Qış "transfer pəncərəsi"ndə futbol klublarının xərcləri 1,46 milyard dollara çatıb.

“Report”un FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu, dövrələrarası fasilələr tarixinin ən yüksək ikinci göstəricisidir.

Qeyd olunub ki, 2024-cü ilin yanvarında klublar tərəfindən reallaşan transferlərin sayı təxminən 4700 olub və 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6% artıb.

Futbolçulara ən çox pulu Fransa klubları xərcləyiblər - 291,9 milyon dollar. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.

İngiltərə klublarının xərcləri isə il ərzində, demək olar ki, 80% azalıb.

Geri qayıt