Birxeber.az / Şəmkirdə işıq dirəyinə çıxmaq istəyən şəxsi cərəyan vurub

Şəmkirdə işıq dirəyinə çıxmaq istəyən şəxsi cərəyan vurub

14-02-2024, 09:40

Şəmkirdə əqli gerilikdən əziyyət çəkən 2007-ci il təvəllüdlü Hüseynov Həsən Ramiz oğlu cərəyan vurması səbəbindən vəfat edib.

"Report"un məlumatına görə, hadisə dünən saat 23 radələrində baş verib.

Belə ki, o, yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşən işıq dirəyinə çıxmaq istəyərkən elektrik cərəyanının vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Geri qayıt