Birxeber.az / NATO-da müdafiə xərclərini artıran ölkələrin sayı çoxalır

NATO-da müdafiə xərclərini artıran ölkələrin sayı çoxalır

14-02-2024, 05:40

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) çərşənbə günü 18 üzvünün müdafiə xərclərinin 2024-cü ildə ÜDM-in 2%-i hədəfinə çatacağını və ya onu keçəcəyini elan edəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Financial Times” NATO-dakı mənbələrə istinadən məlumat yayıb.

“NATO müttəfiqlərinin təxminən üçdə ikisinin 2024-cü ildə 2%-lik hədəfə çatacağını gözləyir”, - mənbə bildirib.

2016-cı ildə yalnız beş alyans üzvü ÜDM-in 2%-dən çoxunu müdafiə ehtiyaclarına ayırıb. 2022-ci ilin sonunda belə ölkə 7 idisə, 2023-cü ildə bu rəqəm 11-ə çatıb.

Avropalı diplomatların nəşrə verdiyi məlumata görə, NATO ölkələrinin müdafiə xərclərinin artırılması Donald Trampın Ağ Evə qayıtmasının mümkün mənfi nəticələrini məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş strategiyanın elementlərindən biridir.

Geri qayıt