Birxeber.az / Rusiyada onbirmərtəbəli binada baş verən yanğından 440 nəfər təxliyə edilib, xəsarət alan var

Rusiyada onbirmərtəbəli binada baş verən yanğından 440 nəfər təxliyə edilib, xəsarət alan var

13-02-2024, 22:50

Rusiyada yaşayış binasında güclü yanğın olub.

Birxeber.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Krasnodar diyarının Anapa şəhərindəki onbirmərtəbəli binada baş verib.

Binadan112-si uşaq olmaqla 440 nəfər təxliyə olunub.

Yanğın zamanı bir nəfər xəsarət alıb.

Geri qayıt