Birxeber.az / BƏƏ lideri İlham Əliyevi təbrik edib

BƏƏ lideri İlham Əliyevi təbrik edib

13-02-2024, 20:40

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Birxeber.Az" xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən məmnunam.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına tərəqqi və firavanlıq arzulayıram".

Geri qayıt