Birxeber.az / DİN Sumqayıtda 48 yaşlı kişinin qətli barədə məlumat yayıb

DİN Sumqayıtda 48 yaşlı kişinin qətli barədə məlumat yayıb

13-02-2024, 19:50

Fevralın 12-də Sumqayıt şəhəri ərazisində 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Qoşnəliyev Habil Bayram oğlu müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlərə görə baş verib.

Geri qayıt