Birxeber.az / ABŞ Senatı Ukrayna, İsrail və Tayvana maliyyə yardımının ayrılması ilə bağlı qanun layihəsini təsdiqləyib

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana maliyyə yardımının ayrılması ilə bağlı qanun layihəsini təsdiqləyib

13-02-2024, 15:50

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,34 milyard dollarlıq yardım paketinin ayrılması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Birxeber.Az xəbər verir ki, Senatda keçirilən səsvermə nəticəsində qanun layihəsi qəbul olunub.

​Sözügedən qanun layihəsi Ukraynaya 60 milyard dollardan çox maliyyə vəsaiti ayrılmasını nəzərdə tutur.

Senatdakı səsvermədən sonra qanun layihəsi Nümayəndələr Palatasına göndəriləcək.

Geri qayıt