Birxeber.az / Zelenski: Bəzi dövlətlər Ukraynaya xəyanət edib

Zelenski: Bəzi dövlətlər Ukraynaya xəyanət edib

22-01-2024, 18:40

Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlər var.

“Birxeber.Az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tusk ilə birlikdə tələbələrlə görüşdə çıxışı zamanı deyib.

“Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlər var. Onlar Rusiyanın eskalasiyasından qorxurlar. Bu, Ukraynaya qarşı xəyanətdir”, - o bildirib.

V.Zelenski konkret ölkə adı çəkməyib.

Geri qayıt