Birxeber.az / Ərdoğan: Ukraynadakı müharibənin ədalətli yolla bitməsinə hələ də ümidimiz var

Ərdoğan: Ukraynadakı müharibənin ədalətli yolla bitməsinə hələ də ümidimiz var

13-02-2024, 14:40

Ukraynadakı müharibənin ədalətli yolla bitməsinə hələ də ümidimiz var.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumətləri Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bunun üçün səylərini davam etdirəcək.

R.T.Ərdoğan söyləyib ki, daha ədalətli dünyaya ehtiyac var: “Hər zaman dediyimiz kimi, dünya beşdən böyükdür. Bu gün dünyanın ayrı-ayrı yerlərindəki gərginlik bəşəriyyət üçün yaxşı nə isə vəd etmir”.

Türkiyə lideri, həmçinin qeyd edib ki, Qəzzadakı müharibənin genişlənməsinin qarşısını almaq lazımdır: "Bu, Yaxın Şərqin inkişafı üçün vacibdir".

Geri qayıt