Birxeber.az / Azərbaycan millisinin insult keçirən sabiq futbolçusunun son durumu bəlli olub

Azərbaycan millisinin insult keçirən sabiq futbolçusunun son durumu bəlli olub

13-02-2024, 11:40

Xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu bəlli olub.

Bu barədə "Birxeber.Az"a 51 yaşlı keçmiş hücumçunun ailəsindən məlumat verilib.

İnsult keçirən Vasilyev hazırda reanimasiyadadır. Onun vəziyyətinin stabil-ağır olduğu bildirilib.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.

Geri qayıt