Birxeber.az / Ərdoğan BƏƏ-də rəsmi səfərdədir

Ərdoğan BƏƏ-də rəsmi səfərdədir

13-02-2024, 11:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rəsmi səfərdədir.

“Birxeber.Az” “TRT Haber”ə istinadən xəbər verir ki, onu Dubay hava limanında BƏƏ-nin rəsmi şəxsləri qarşılayıblar.

Prezidenti Türkiyənin xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahreddin Koca, sənaye və texnologiya naziri Mehmet Fatik Kacır və ticarət naziri Ömer Bolat müşayiət edir.

Türkiyə lideri bu gün Dubayda Dünya Hökumətlər Sammitinin fəxri qonağı olacaq. O, sammitdə çıxış edəcək.

R.T.Ərdoğanın BƏƏ Prezidenti Muhammed bin Zayid Al Nahyan və qonaq ölkələrdən olan dövlət və hökumət başçıları ilə görüşü gözlənilir.

Dövlət başçısının BƏƏ-dən Misirə gedəcəyi gözlənilir.

Geri qayıt