Birxeber.az / Sığortaedənlərin sayı 2,02 milyon vahid təşkil edib

Sığortaedənlərin sayı 2,02 milyon vahid təşkil edib

13-02-2024, 10:50

2024-cü ilin yanvar ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 8 544 vahid və ya 0,43% artaraq 2,02 milyon vahid təşkil edib.

Bu barədə Birxeber.Az-ya Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 2 380, fiziki şəxslər üzrə 5 041, torpaq mülkiyyətçiləri üzrə isə 1 123 vahid artıb.

Geri qayıt