Birxeber.az / Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlanıb

Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlanıb

13-02-2024, 10:40

Polis əməkdaşları Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlayıb.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 12-də Xankəndi şəhəri ərazisində 12 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd müxtəlif markalı tüfəng, 3 tapança, 10 ədəd qumbara, 2 qumbara alışdırıcısı, 59 ədəd patron darağı, 1381 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Geri qayıt