Birxeber.az / Abşeronda məktəbli qızlar itkin düşüb

Abşeronda məktəbli qızlar itkin düşüb

13-02-2024, 00:50

Abşeronda iki məktəbli qız itkin düşüb.

Birxeber.Az xəbər verir ki, bu barədə 14 yaşlı qızların valideynləri məlumat veriblər.

Bildirilib ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri, Məmmədli Saray və Muradzadə Aydan saat 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar.

Qızların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər.

Geri qayıt