Birxeber.az / Minifutbol üzrə Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək

Minifutbol üzrə Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək

13-02-2024, 00:40

Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

"Birxeber.Az" xəbər verir ki, yarış 30 aprel - 1 may tarixlərində təşkil olunacaq.

Turnirdə millimizlə yanaşı, son dünya çempionu Rumınya, Bosniya və Herseqovina, Albaniya və Monteneqro komandaları iştirak edəcəklər.

Yığmamızın turnirdən əvvəl Monteneqronun Herseq Novi şəhərində 1 həftəlik təlim-məşq toplanışı nəzərdə tutulub.

Geri qayıt