Birxeber.az / Finlandiyanın yeni prezidenti ilk səfərini İsveçə edəcək

Finlandiyanın yeni prezidenti ilk səfərini İsveçə edəcək

12-02-2024, 19:50

Finlandiyanın yeni prezidenti Aleksandr Stubb ilk xarici səfərini İsveçə edəcək.

APA xəbər verir ki, bu barədə Stubb bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, ölkəsinin NATO-ya üzv olması ilə bağlı İsveçdə mövcud ictimai müzakirələri sakitləşdirməyə çalışacaq.

“Bizim problemimiz İsveçin problemi olduğu kimi, İsveçin problemi də bizim problemimizdir”.

Qeyd edək ki, Macarıstan hökuməti 2022-ci ilin yayında İsveçin NATO-ya üzvlüyü ilə bağlı sazişin ratifikasiyası üçün qanun layihəsini parlamentə təqdim edib, lakin İsveç siyasətçilərinin Macarıstana qarşı qeyri-dost bəyanatlarına görə deputatlar bu layihəni təxirə salıblar.

Geri qayıt