Birxeber.az / Xaçmazda 23 yaşlı gənc göldə boğulub

Xaçmazda 23 yaşlı gənc göldə boğulub

12-02-2024, 19:40

Xaçmazın Ağaverdi-oba kəndində bədbəxt hadisə baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Fərid Rövşən oğlu Ağaverdi-oba kəndi ərazisində işlədiyi bağda gölə düşməsi nəticəsində göldə boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt