Birxeber.az / Son üç ayda ilan sancması ilə bu qədər adam KTM-ə müraciət edib

Son üç ayda ilan sancması ilə bu qədər adam KTM-ə müraciət edib

4-10-2022, 10:06
13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Son üç ayda (yay aylarında) ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 76 nəfər müraciət edib. 

Bu barədə Birxeber-ə KTM-dən məlumat verilib.

Onlardan yeddisinin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib. Bir nəfərin müalicəsi isə hələ də davam etdirilir. Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb.

Həmçinin, bu müddət ərzində on bir nəfər həşərat sancması diaqnozu ilə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Bu hal üzrə də ölüm qeydə alınmayıb.

Havaların soyuması ilə əlaqədar olaraq, artıq bu kimi müraciətlərin sayında azalma müşahidə edilir.

Birxeber
Geri qayıt