Birxeber.az / Azərbaycanda yeni yaradılan hokkey komandasının açıq məşqi keçirilib

Azərbaycanda yeni yaradılan hokkey komandasının açıq məşqi keçirilib

12-02-2024, 17:40

Azərbaycanda yeni yaradılan hokkey komandasının açıq məşqi keçirilib.

"Birxeber.Az"un məlumatına görə, hazırlıq prosesi Heydər Əliyev adına İdman-Konsert Kompleksindəki buz meydançasında gerçəkləşib.

18 idmançıdan ibarət kollektivdə müxtəlif yaş qrupundan olanlar yer alıb.

Əsas məqsəd gələcəkdə Azərbaycanın hokkey millisinin heyətini formalaşdırmaqdır.

Geri qayıt