Birxeber.az / İngiltərə millisinin futbolçusu "Arsenal"ın tarixinə düşüb

İngiltərə millisinin futbolçusu "Arsenal"ın tarixinə düşüb

12-02-2024, 14:40

İngiltərə millisinin futbolçusu Bukayo Saka "Arsenal" klubunun tarixinə düşüb.

"Birxeber.Az" "Sky Sports"a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi buna "Vest Hem"ə 6:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV turunun matçında nail olub.

Qarşılaşmada dubl edən Saka "topçular"da vurduğu qolların sayını 51-ə çatdırıb.

Beləliklə, o, 1978-ci ildə Frank Stapletondan sonra London təmsilçisində 50 qol vuran ən gənc futbolçu adına sahib çıxıb.

Geri qayıt