Birxeber.az / Kreml Finlandiyanın yeni Prezidentinin münasibətlərdə balansı qoruyacağına ümid edir

Kreml Finlandiyanın yeni Prezidentinin münasibətlərdə balansı qoruyacağına ümid edir

12-02-2024, 13:50

Moskva Finlandiyanın yeni seçilmiş Prezidenti Aleksandr Stubbın Rusiya-Finlandiya münasibətlərində balansı qoruyacağına ümid edir.

Birxeber.Az-nın Rusiya bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Kremlin Stubbın Moskva-Helsinki münasibətlərinə balansı qoruyacağına ümid etdiyini söyləyib.

Peskov Rusiya prezidenti Vladimir Putinin Stubbın seçkilərdəki qələbəsi münasibətilə təbrik etməyəcəyini, Finlandiyanın və onun hazırkı rəhbərliyinin Rusiya Federasiyasına münasibətdə dost olmadığını xatırladıb.

Geri qayıt