Birxeber.az / Azərbaycan qılıncoynadanı Dünya Kubokunda ən güclü “səkkizliy”ə düşə bilməyib

Azərbaycan qılıncoynadanı Dünya Kubokunda ən güclü “səkkizliy”ə düşə bilməyib

12-02-2024, 13:40

Azərbaycan qılıncoynadanı Anna Başta Perunun paytaxtı Limada keçirilən Dünya Kubokunda ən güclü “səkkizliy”ə düşə bilməyib.

“Birxeber.Az” xəbər verir ki, Avropa çempionu olan 27 yaşlı idmançı Yaponiya təmsilçisi Emura Misakiyə 8:15 hesabı ilə uduzaraq, ilk “8-lik”dən kənarda qalıb.

Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi də yarışda çıxışını başa vurub. Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət yığma İspaniyaya 38:45 hesabı ilə məğlub olub.

Geri qayıt