Birxeber.az / Prezident seçkilərinin yekunlarına dair sabah Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək

Prezident seçkilərinin yekunlarına dair sabah Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək

12-02-2024, 12:50

Sabah prezident seçkilərinin yekunlarına dair Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək

Bu barədə Birxeber.Az-ya Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası fevralın 13-də saat 11:00-a təyin edilib.

Geri qayıt