Birxeber.az / Rusiyanın Krasnodar vilayətində evdə yanğın olub, 3 uşaq ölüb

Rusiyanın Krasnodar vilayətində evdə yanğın olub, 3 uşaq ölüb

12-02-2024, 11:40

Rusiyanın Krasnodar diyarının Cənubi Krım rayonunda çoxuşaqlı ailənin yaşadığı evdə baş verən yanğın nəticəsində 3 uşaq ölüb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.

Məlumata görə, yanğın zamanı evdə 6 uşaq olub. Valideynlər onlardan ikisini evdən çıxarıblar. Təəssüf ki, uşaqlar xəstəxanada ölüb. Daha bir uşağı isə Rusiya yanğınsöndürənləri aşkarlayıblar. Məlumata görə, o da ölüb.

Bildirilib ki, hadisə yanğınla ehtiyatsız davranma nəticəsində baş verib. İlkin məlumata görə, yanğın detektoru işləmədiyindən yanğın hadisəsi çox gec aşkar edilib. Buna səbəb olaraq aparatdakı akkumulyatorun vaxtında dəyişdirilməməsi göstərilib.

Geri qayıt