Birxeber.az / ANAMA: Ermənistanın təqdim etdiyi formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir

ANAMA: Ermənistanın təqdim etdiyi formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir

12-02-2024, 10:50

Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir.

Birxeber.Az xəbər verir ki, bu barədə ANAMA-nın yaydığı məlumatda deyilir.

"Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib".

Geri qayıt