Birxeber.az / Xankəndidə avtomat və qumbaralar aşkarlanıb

Xankəndidə avtomat və qumbaralar aşkarlanıb

12-02-2024, 10:40

Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlanıb

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Xankəndi şəhəri ərazisində 7 ədəd avtomat silahı, 2 tüfəng, 11 ədəd qumbara, 10 qumbara alışdırıcısı, 25 ədəd patron darağı, 2487 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Geri qayıt