Birxeber.az / Avropa komissarı Aİ-nin 2024-cü ildə 1,4 milyon mərmi istehsal edə biləcəyini açıqlayıb

Avropa komissarı Aİ-nin 2024-cü ildə 1,4 milyon mərmi istehsal edə biləcəyini açıqlayıb

20-01-2024, 06:40

Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton Avropa İttifaqının Ukraynaya tədarük üçün ilin sonuna qədər 1,4 milyon mərmi istehsal edə biləcəyini bildirib.

“Birxeber.Az” ERR-ə istinadən xəbər verir ki, bu barədə siyasətçi Estoniyanın Baş naziri Kaya Kallasla birgə mətbuat konfransında açıqlayıb.

“Mart-aprelin sonuna kimi biz Avropada 1 milyon mərmi istehsal edə biləcəyik. Başqa sözlə, biz öhdəliklərimizə sadiqik. <...> Mən həm də sizə deyirəm ki, bu ilin sonunda biz 1,3-1,4 milyon mərmi istehsal gücünə çatacağıq”, – Estoniyanın paytaxtı Tallində səfərdə olan Breton vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin martında Aİ ölkələri yaxın 12 ay ərzində Kiyevə 1 milyon mərmi ötürülməsi planını təsdiqləyib.

Geri qayıt