Birxeber.az / Beynəlxalq Kosmik Stansiyada olan kosmonavt Bakının şəklini çəkib

Beynəlxalq Kosmik Stansiyada olan kosmonavt Bakının şəklini çəkib

11-02-2024, 08:50

Roskosmos kosmonavtlar korpusunun komandiri Oleq Kononenko Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsində Bakının fotosunu çəkib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

TASS-ın xüsusi müxbiri olan kosmonavt şair Vladimir Mayakovskidən sitat gətirib: "Bakı. Külək şəhəri. Bakı. Odlar şəhəri. Alovlu Balaxanı".

Bundan əvvəl astronavt Ankara, Nyu York və Qahirənin fotoşəkillərini paylaşmışdı.

Geri qayıt