Birxeber.az / Orban Avropa Parlamentinə birbaşa seçkilərdən imtinanı təklif edib

Orban Avropa Parlamentinə birbaşa seçkilərdən imtinanı təklif edib

11-02-2024, 06:50

Macarıstanın baş naziri Viktor Orban Avropa Parlamentinə birbaşa seçkilərin ləğv edilməsinin tərəfdarı olduğunu bildirib.

Birxeber.Az-nın “Die Presse” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə o, Avstriyanın keçmiş kansleri Volfqanq Şussellə söhbətində bildirib.

Nəşr baş nazirin sözlərindən sitat gətirir: “Biz milli parlamentlərin Avropa Parlamentinə birbaşa seçkilər əvəzinə öz nümayəndələrini göndərdiyi əvvəlki sistemə qayıtmaq imkanını nəzərdən keçirməliyik.

Siyasətçi həmçinin strukturun özünü “dəlixana” adlandırıb.

Geri qayıt