Birxeber.az / Keniya lideri Prezident İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib

Keniya lideri Prezident İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib

10-02-2024, 21:40

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, Keniya Prezidenti bununla bağlı X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ürək dolusu təbriklərimi çatdırıram. Sizin inamlı qələbəniz uzun illər ərzində Azərbaycan xalqının məharətinizə və liderliyinizə inamını bir daha təsdiqlədi. 2004-cü ildən bəri diplomatik münasibətlərimizin əsası qoyulduqdan sonra uzun illər ərzində Keniya və Azərbaycan arasında güclü, davamlı, səmimi və dostluq münasibətlərindən məmnunluğumu bildirirəm. Biz diplomatik münasibətlərimizin 20-ci ilini qeyd edərkən razılaşdırılmış prioritetlər çərçivəsində ikitərəfli əlaqələrimizi daha da gücləndirmək və onları qarşılıqlı maraq doğuran yeni sahələrə də genişləndirmək üçün mükəmməl fürsətimiz olduğunu məmnunluqla bildirirəm.

Fürsətdən istifadə edərək əminliyimi bildirmək istəyirəm ki, Sizin rəhbərliyinizlə biz ticarət, investisiyalar, enerji, iqlim dəyişikliyi və turizm kimi müxtəlif sahələrdə əmərəli tərəfdaşlıq imkanlarını tədqiq edəcəyik.

Zati-aliləri, mənim və Keniya xalqının ən yüksək ehtiramını qəbul edin".

YOUR EXCELLENCY,
ILHAM HEYDAR OGLU ALIYEV

I write to convey my heartfelt congratulations for your re-election as the President of the Republic of Azerbaijan. Your resounding victory re-affirms the trust the people of Azerbaijan have in your ability and leadership over the… pic.twitter.com/2sRtU0coif

— William Samoei Ruto, PhD (@WilliamsRuto) February 10, 2024
Geri qayıt