Birxeber.az / Həcc ziyarəti üçün sənəd qəbulunun vaxtı açıqlanıb

Həcc ziyarəti üçün sənəd qəbulunun vaxtı açıqlanıb

10-02-2024, 20:50

Bu il Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulunun vaxtı açıqlanıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Həcc ziyarəti üçün sənədlərin qəbulu 12 fevraldan etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Geri qayıt