Birxeber.az / İsmayıllı sakinindən odlu silah götürülüb

İsmayıllı sakinindən odlu silah götürülüb

10-02-2024, 19:50

İsmayıllı sakinindən qanunsuz saxladığı odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, vətəndaşlarda qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib.
Keçirilmiş tədbirlərlə rayon sakinindən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Geri qayıt