Birxeber.az / Azərbaycanın daha üç cüdoçusu Bakıdakı yarışda iştirak edəcək

Azərbaycanın daha üç cüdoçusu Bakıdakı yarışda iştirak edəcək

10-02-2024, 14:40

Azərbaycanın daha üç cüdoçusu Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək.

"Report" Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Camal Qamzatxanov (+100 kq), Ramilə Əliyev və Şəfəq Həmidova (hər ikisi 48 kq) da tatamiyə çıxacaqlar.

Daha əvvəl 33 idmançının adı siyahıya daxil edilib.

Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 16-18-i aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Çempion cüdoçu 1000, gümüş medalçı 700, üçüncü olan 500 reytinq xalı qazanacaq. Hazırda 64 ölkənin yarışda iştirakı təsdiqlənib.

Geri qayıt