Birxeber.az / Qaluzin: Moskva Qarabağda sülhməramlıların olması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək

Qaluzin: Moskva Qarabağda sülhməramlıların olması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək

10-02-2024, 11:50

Moskva regionda vəziyyətin köklü surətdə dəyişməsi ilə əlaqədar Rusiya sülhməramlılarının Qarabağda qalması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək.

APA-nın xəbərinə görə, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Mixail Qaluzin bildirib ki, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır. "Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”.

Geri qayıt