Birxeber.az / Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var

Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var

10-02-2024, 11:40

Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması ilə bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb.

Vətəndaş xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt