Birxeber.az / Bank kartından oğurluq edən qadın saxlanılıb

Bank kartından oğurluq edən qadın saxlanılıb

10-02-2024, 10:40

Bank kartından oğurluq edən qadın saxlanılıb.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də paytaxt sakini olan bir nəfərin bank kartından 1500 manat pulunu oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Geri qayıt