Birxeber.az / Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatının ilk günündə iki medal qazanıblar

Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatının ilk günündə iki medal qazanıblar

10-02-2024, 10:40

Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatına start verilib.

"Report"un məlumatına görə, yarışın ilk günündə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası 2 medal əldə edib.

Yığmanın heyətində Məryəm Cəfərova (152 sm) qızıl medala yiyələnib.

O, 6 rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gülay Əliyeva isə (160 sm) çempionatı bürünc mükafatla bitirib. Taekvondoçu yarımfinaladək 4 mərhələ keçib.

Qeyd edək ki, yarışda bu gün yeniyetmə oğlanlar mübarizəyə qoşulacaq.

Geri qayıt