Birxeber.az / Yaşar Gülər: "Türkiyə yerli müdafiə sənayesi məhsullarını dost və qardaş ölkələrə ixrac edir"

Yaşar Gülər: "Türkiyə yerli müdafiə sənayesi məhsullarını dost və qardaş ölkələrə ixrac edir"

22-01-2024, 15:40

Türkiyə yerli istehsal olan bir çox müdafiə sənayesi məhsullarını dost və qardaş ölkələrə ixrac edir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Konya şəhərində yeni təmir zavodunun açılışında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələri müxtəlif qoşun növlərində mühüm layihələr icra edir: “Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə əldə etdiyimiz uğurları daha yuxarı səviyyəyə qaldıracağıq. Müdafiə sənayemizi inkişaf etdirəcəyik. Bunun üçün gecə-gündüz çalışırıq”.

Geri qayıt