Birxeber.az / Şəmkirdə evdə partlayış olub, xəsarət alan var

Şəmkirdə evdə partlayış olub, xəsarət alan var

10-02-2024, 08:50

Şəmkirdə evdə partlayışla müşahidə olunan yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

Partlayışda qəsəbə sakini, 2003-cü il təvəllüdlü Nahid Həsənov yanıq xəsarətləri alıb.

O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

21 yaşlı gənc oğlanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt