Birxeber.az / ABŞ-də təyyarə avtomobillə toqquşub, ölənlər var

ABŞ-də təyyarə avtomobillə toqquşub, ölənlər var

10-02-2024, 03:50

ABŞ-də Bombardier Challenger 600 tipli reaktiv təyyarə avtomobil yoluna düşüb.

Birxeber.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamada şəxsi təyyarədə 5 sərnişinin olduğu və qəzanın səbəblərinin yerli hakimiyyət orqanları ilə birlikdə araşdırıldığı bildirilib.

Avtomobillə toqquşan təyyarədə 2 nəfərin öldüyü bildirilib.

Təyyarədə olanların kimliyi barədə ətraflı məlumat verilməyib.

Geri qayıt