Birxeber.az / Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə inklüziv siniflərin açılması planlaşdırılır

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə inklüziv siniflərin açılması planlaşdırılır

9-02-2024, 23:40

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə inklüziv siniflərin açılması planlaşdırılır.

"Report"un Muğan bürosunun məlumatına görə, Şirvan-Salyan Regional Təhsil idarəsi korreksiyaedici pedaqoq mütəxəsislərinin işə qəbulu ilə bağlı müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyənlər 9 fevral- 14 fevral 2024-cü il saat 23:59-a kimi qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə uğur qazanmış namizədlər Şirvan-Salyan RTİ üzrə açılması planlaşdırılan inklüziv siniflərin fəaliyyət göstərdiyi ümumi təhsil müəssisələrində loqoped-defektoloq kimi fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, vakansiya üçün korreksiya pedaqogikası yaxud loqoped-defektoloq ixtisasını bitirmiş şəxslər müraciət edə bilərlər.

Qeydiyyat üçün link: (https://docs.google.com/forms/d/e/1FAIpQLSfPmicDPWg6H5tUwnPX26EeiM6OKt_8hWPs4rSt8DlH6UjMlQ/viewform).

Geri qayıt