Birxeber.az / Baş konsul: "Naxçıvan Türkiyə üçün çox qədim və strateji bölgədir"

Baş konsul: "Naxçıvan Türkiyə üçün çox qədim və strateji bölgədir"

9-02-2024, 18:40

"Naxçıvan Türkiyə üçün çox qədim və strateji bölgədir".

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Naxçıvanda baş konsulu Asip Kaya jurnalistlərə müsahibəsində deyib.

"100 illik yubileylə bağlı bu gün Naxçıvanda geniş tədbir keçirilir və biz də bu tədbirdə iştirak etməkdən qürur hissi keçiririk. Tarix boyunca strateji mövqedə olduğuna görə, bu torpaq təzyiqlərə məruz qalıb. Türkiyə hər zaman Naxçıvanın yanında olub. 1918-1923-cü illər arasında Naxçıvan xalqı burdakı varlığını qorumaq üçün mübarizə aparıb. Moskva və Qars müqaviləsi ilə buranın muxtariyyəti qəbul edildi. Türkiyənin dəstəyi bununla başa çatmadı. Ötən əsrin 90-cı illərində Naxçıvan yenə ağır günlər yaşayırdı. O zaman ümumilli lider Heydər Əliyev və Süleyman Dəmirəl arasında yaxın bir iş birliyi var idi. İki ölkə arasında imzalanan protokolla Türkiyə Naxçıvana böyük dəstək verdi", - baş konsul bildirib.

Qeyd edək ki, fevralın 9-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Geri qayıt