Birxeber.az / Daha iki avtobus nağdsız ödəniş sisteminə keçir

Daha iki avtobus nağdsız ödəniş sisteminə keçir

9-02-2024, 17:50

AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

"Birxeber.Az-Economics"in Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, fevralın 10-dan Zığ qəsəbəsi – "Neftçilər" metro stansiyası istiqamətində fəaliyyət göstərən 43 nömrəli şəhərdaxili, fevralın 11-dən isə Ramana qəsəbəsini “8-ci kilometr bazarı” ilə əlaqələndirən 214 nömərli şəhərətrafı müntəzəm marşrutları nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Geri qayıt