Birxeber.az / Azərbaycan sahibkarları Əfqanıstanın investisiya imkanları ilə maraqlanır

Azərbaycan sahibkarları Əfqanıstanın investisiya imkanları ilə maraqlanır

9-02-2024, 17:40

Əfqanıstanın Ticarət və sənaye naziri vəzifəsini icra edən Nuruddin Əzizi Azərbaycandan olan iş adamları ilə görüşüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, görüşdən sonra nazir açıqlama verib.

O, bildirib ki, Azərbaycan sahibkarları Əfqanıstanın investisiya imkanları ilə maraqlanırlar.

Nazirin sözlərinə görə, görüşdə Əfqanıstanın investisiya imkanları müzakirə edilib və iki ölkə arsında işgüzar əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanlı iş adamları ilə iki ölkə arasında müştərək ticarət və investisiya palatasının yaradılması müzakirə edilib.

“Əfqanıstanın ərazisində təhlükəsizlik tam təmin edilib və investisiya üçün əlverişli mühit yaradılıb. Xarici investisiyalar hərtərəfli dəstəklənir, yerli və xarici iş adamları üçün geniş imkanlar yaradılmağa davam edilir" - deyə N.Əzizi qeyd edib.

Geri qayıt