Birxeber.az / Renat Dadaşovun çıxış etdiyi klub "Qalatasaray"ın hücumçusunu icarəyə götürüb

Renat Dadaşovun çıxış etdiyi klub "Qalatasaray"ın hücumçusunu icarəyə götürüb

9-02-2024, 17:40

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin "Hatayspor" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

"Birxeber.Az" yerli mətbuata istinadən xəbər verir ki, "Qalatasaray"dan Halil Dərvişoğlu icarəyə götürülüb.

23 yaşlı hücumçu mövsümün sonuna qədər Hatay klubunun formasını geyinəcək.

Qeyd edək ki, müqavilə ilə İsveçrə təmsilçisi “Qrasshopper”ə məxsus olan Renat Dadaşov da icarə əsasında Türkiyə komandasının formasını geyinir.

Geri qayıt