Birxeber.az / İran XİN başçısı Pakistana gedəcək

İran XİN başçısı Pakistana gedəcək

22-01-2024, 14:40

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın 29-da Pakistana səfər edəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər Pakistan xarici işlər naziri Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutacaq.

Nazirlərin ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, bir neçə gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Pakistanda yerləşən “Ceyş əl-Adl” qruplaşmasına zərbələr endirib. Yanvarın 17-də Pakistan buna cavab olaraq İran ərazisinə zərbələr endirib. Nəticədə 9 nəfər həlak olub. Pakistan Silahlı Qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib.

C. A.Cilani daha əvvəl Pakistanın İranla əməkdaşlığa hazır olduğunu bildirib. Pakistanın Milli Təhlükəsizlik Komitəsi isə İranla diplomatik münasibətləri tam bərpa etmək qərarına gəlib.

Geri qayıt