Birxeber.az / NATO müdafiə nazirləri gələn həftə Brüsseldə toplanır, əsas mövzu Ukraynaya dəstəkdir

NATO müdafiə nazirləri gələn həftə Brüsseldə toplanır, əsas mövzu Ukraynaya dəstəkdir

9-02-2024, 14:40

NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclasının dəqiq tarixi və gündəliyi açıqlanıb.

“Birxeber.Az” Alyansın saytına istinadən xəbər verir ki, toplantı iki gün - fevralın 14-15-də keçiriləcək.

İclasın açılış mərasimində ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin çıxış edəcək.

Toplantının ilk günündə Ukrayna Müdafiə Əlaqə Qrupunun iclası təşkil olunacaq.

Növbəti gün NATO-nun Baş katibi Yens Stoltenberq bəyanatla çıxış edəcək.

Həmçinin Alyansın və NATO-Ukrayna Şurasının iclası keçiriləcək.

Ardınca Y.Stoltenberq mətbuat konfransında danışacaq, jurnalistlərin suallarını cavablandıracaq.

Geri qayıt