Birxeber.az / ​​​​​​​Çətin relyefli dağlıq ərazilərdə hərbçilər üçün daşınan seçki qutularından istifadə olunacaq

​​​​​​​Çətin relyefli dağlıq ərazilərdə hərbçilər üçün daşınan seçki qutularından istifadə olunacaq

22-01-2024, 14:40

Çətin relyefli dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrdə olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunacaq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə secki-2024.az-a Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, Azərbaycan Ordusunun şəxsi heyəti Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində 7 fevral prezident seçkilərinin səsverməsində iştirak edə biləcəklər.

Geri qayıt