Birxeber.az / Xameneinin "Instagram" və "Facebook" hesabları silinib

Xameneinin "Instagram" və "Facebook" hesabları silinib

9-02-2024, 11:50

"Meta" şirkəti İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin sosial media hesablarını silib.

APA AFP-yə istinadən xəbər verir ki, Xameneinin "Facebook" və "Instagram" hesabları silinib.

“Meta” bildirib ki, hesablar şirkətin təhlükəli təşkilatlar və şəxslərlə bağlı siyasətini pozduğuna görə silinib.

Xameneinin "Instagram"da 5 milyon izləyicisi olub.

Geri qayıt